“Qolfu inkişaf etdirməliyik. Bu idman növü geri qalıb”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Qolf Federasiyasının yeni prezidenti Rauf Xəlilov deyib.
O, görəcəyi işlərdən danışıb: “İlk hədəfimiz yığmanı formalaşdırmaq və gəncləri bu idman növünə cəlb etməkdir. Quba şəhərində və Bakının Qala qəsəbəsində infrastrukturumuz var. Qubadakı qolf klubundan inkişafa başlamaq olar. Başqa regionlarda da inkişaf olacaq”.
