Futzal üzrə Avropa çempionatının əsas mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb.
Oxu.Az xəbər verir ki, 7-ci qrupda yer alan komandamızın bütün görüşləri Xorvatiyanın Karlovats şəhərindəki “Mladost Arena”da keçiriləcək.
Komandamız martın 16-da Belarus, ertəsi gün isə Xorvatiya yığması ilə qarşılaşacaq. Son dueldəki rəqibimiz isə Latviya futzalçıları olacaq.
16 mart
19:00 Belarus – Azərbaycan
17 mart
22:00 Xorvatiya – Azərbaycan
