Sizin reklam burada
Sizin reklam burada

Gürcüstanda koronavirusa qarşı dərman hazırlanıb: Nəticələr müsbətdir - FOTO

Gürcüstanda koronavirusa qarşı dərman hazırlanıb: Nəticələr müsbətdir - FOTO
Gürcüstan Səhiyyə Nazirliyinin tibbi onkologiya və klinik genetika üzrə eksperti Aleksandr Tavartkiladze koronavirusa qarşı dərman ixtira edib.

Sözügedən dərman artıq ölkə klinikalarında COVID-19-a yoluxmuşlarda istifadə olunur.


“Soulager” adlanan dərman bioloji aktiv əlavədir. O, Gürcüstanın tibbi təlimatlarına 30 noyabr 2021-ci ildə daxil edilib, lakin hələ də apteklərdə satılmır.

Dərman 18 yaşdan yuxarı, saturasiyası 90%-dən az olan xəstələrə koronavirusun ilk simptomları aşkar ediləndən yeddi gündən çox keçmədiyi halda təyin edilir.

Müəlicənin tətbiq edildiyi 19 xəstədən 7-si altı-yeddi gün sonra, 3-ü isə on gün sonra evə buraxılıb. Yeddi gün sonra evə buraxılan xəstənin 87 yaşı olub.

Heç bir halda xəstənin vəziyyətinin pisləşməsi və ya reanimasiya şöbəsinə köçürülməsi, hətta ölüm halı olmayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ