Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda son sutkada COVID-19-a 808 nəfər yoluxub, 11 nəfər vəfat edib – FOTO

Azərbaycanda son sutkada COVID-19-a 808 nəfər yoluxub, 11 nəfər vəfat edib – FOTO
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 808 yeni yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 625 726 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 608 514 nəfər müalicə olunaraq sağalıb, 8 521 nəfər vəfat edib, aktiv xəstə sayı 8 691 nəfərdir.

Ölkədə son sutka ərzində 9 340, hazırkı dövrədək isə 6 006 500 test aparılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ