Sizin reklam burada
Sizin reklam burada

Şüvəlanda hərbi sursatlar aşkarlandı - FOTO

Şüvəlanda hərbi sursatlar aşkarlandı - FOTO
Xəzər rayonu, Şüvəlan qəsəbəsində hərbi sursatlar aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.


Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.

İlk növbədə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.

Sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilən sursatların döyüş tətbiqinə yararlı bir ədəd “RQO” əl qumbarası, bir ədəd “UZRQM-2” partladıcısı, 102 ədəd müxtəlif çaplı patron və bir ədəd istifadəyə yararsız avtomat darağı olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ