Sizin reklam burada
Sizin reklam burada

“Azəristiliktəchizat” gücləndirilmiş iş rejiminə keçib

“Azəristiliktəchizat” gücləndirilmiş iş rejiminə keçib
“Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar “Azəristiliktəchizat” ASC-nin bütün qurumlarına gücləndirilmiş iş rejiminə keçilməsi haqqında müvafiq göstəriş verilib”.

Bunu qurumun Abonent və Müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda səhmdar cəmiyyətin 563 qazanxanası 88 istilik məntəqəsi normal rejimdə fəaliyyətini davam etdirir: “Həmin qazanxanalar vasitəsilə 3 870 yaşayış binası və qazanxanaların xidmət zonalarına daxil olan bütün məktəb, uşaq bağçaları, səhiyyə müəssisələri, sosial və təsərrüfat obyektləri normal istiliklə təmin olunurlar.

Gücləndirilmiş iş rejiminə keçilməsi ilə əlaqədar olaraq həmin günlərdə yaşayış binaları və sosial obyektlərdə istiliyə olan tələbatın artacağını nəzərə alaraq, qazanxana və istilik məntəqələrində temperatur qrafikinə ciddi əməl olunması, gecə növbəsində çalışanların sayının artırılması, bundan başqa, baş verə biləcək qəzaların operativ aradan qaldırılması üçün aidiyyəti xidmətlərin məsul şəxslərinə öz xidmət sahələrində növbətçilik yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Eyni zamanda 24 saat ərzində fasiləsiz rejimdə fəaliyyət göstərən Mərkəzi Dispetçer Xidməti və 956 nömrəli Çağrı mərkəzinin də həmin günlərdə işçilərinin sayının artırılması ilə bağlı göstəriş verilib.

Vətəndaşlar yaranan problemlə bağlı “Azəristiliktəchizat”ın 956 – Çağrı Mərkəzinə və ya cəmiyyətin rəsmi “Facebook” səhifəsinə müraciət edə bilərlər”.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda Bakıda hazırda müşahidə edilən kəskin hava şəraitinin sabah gündüz saatlarına qədər davam edəcəyi bildirilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ