Sizin reklam burada
Sizin reklam burada

Belarus və Litva çempionu Azərbaycanda çalışacaq Aleksey Baqa “Sumqayıt” Futbol Klubunun baş məşqçisi təyin olunub

Belarus və Litva çempionu Azərbaycanda çalışacaq Aleksey Baqa “Sumqayıt” Futbol Klubunun baş məşqçisi təyin olunub

Oxu.Az xəbər verir ki, 40 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Aleksey Baqa futbolçu karyerası dönəmində BATE (Belarus), “Dauqava” (Latviya) və “Dinamo” (Brest, Belarus) klublarının şərəfini qoruyub. BATE ilə iki dəfə Belarus çempionu (2002, 2006), bir dəfə isə kubokun qalibi olan (2005/06) Baqa məşqçilik karyerasına da məhz Borisov təmsilçisində start verib.

Belə ki, 2011-2018-ci illərdə adıçəkilən klubda köməkçi məşqçi vəzifəsində çalışan mütəxəssis 2018-ci ildə baş məşqçi kimi komandanın sükanı arxasına keçib və həmin ildəcə komandanı Belarus çempionu edib. Növbəti mövsümdə UEFA Avropa Liqasında 1/16 final mərhələsinə kimi irəliləyən BATE həmin mərhələdə İngiltərə “Arsenal”ına məğlub olaraq, mübarizəni dayandırıb.

Bundan başqa, Aleksey Baqa məşqçi karyerasında “Jalqiris”lə 2020-ci ildə Litva çempionu olub. Qazaxıstanın “Aktobe” (Qazaxıstan) klubunu da çalışdırmış mütəxəssis bu il “Şaxtyor” (Soliqorsk) ilə Belarus çempionu adını qazanıb. O, dekabrın 1-də “Şaxtyor”dan öz istəyi ilə ayrılıb.

  • Sosial şəbəkədə paylaş