Sizin reklam burada
Sizin reklam burada

Bakıda iki şəxsin bank kartlarından oğurluq edildi Azərbaycanda iki şəxsin bank kartlarından oğurluq edilib

Bakıda iki şəxsin bank kartlarından oğurluq edildi Azərbaycanda iki şəxsin bank kartlarından oğurluq edilib


Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 27-də Bakı şəhər sakini Z.Yusifovun bank hesabından 1 593 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş V.Məmmədov müəyyən edilərək saxlanılıb.

Nazirlikdən verilən digər məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 28-də Tovuz rayon sakini V.Əhmədovun bank hesabından 500 manat pul oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş F.Qənbərli müəyyən edilərək saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ