Sizin reklam burada
Sizin reklam burada

Bakıda vaksin olunan təhsil işçilərinin sayı AÇIQLANIB

Bakıda vaksin olunan təhsil işçilərinin sayı AÇIQLANIB


Bakıda koronavirus əleyhinə vaksin olunan təhsil işçilərinin sayı açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, paytaxtda təhsil işçilərinin 33 968 nəfəri vaksinasiya prosesinə qoşulub.

Qeyd olunub ki, bu göstərici paytaxtın təhsil müəssisələrində çalışanların təxminən 90 faizi həddindədir: “Onlardan 8 820 nəfəri artıq 3-cü doza peyvənd olunub. Hazırda Bakı şəhərində yerləşən iki ümumi təhsil məktəbində (278, 316) peyvənd məntəqəsi fəaliyyət göstərir”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ