Sizin reklam burada
Sizin reklam burada

Nazir: “Torpaqları şərəflə qoruyan əsgərləri öz övladlarımız kimi qəbul edirik”

Nazir: “Torpaqları şərəflə qoruyan əsgərləri öz övladlarımız kimi qəbul edirik”


“İşğaldan azad olunmuş ərazilərimizdə hərbi qulluqçuların xidmət, təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Ali Baş Komandanın verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq bu bölgələrə davamlı səfər edirəm. Hərbi hissələrə, yeni inşa edilən, əsaslı təmir olunmuş hərbi infrastruktura baxış keçirir, hərbi xidmətin vəziyyətini öyrənir, hərbi qulluqçular üçün yaradılan xidməti və sosial-məişət şəraiti ilə yerində yaxından tanış oluram, müvafiq tapşırıqlar verirəm.

Görüşlər zamanı şəxsi heyəti hər zaman olduğu kimi ayıq-sayıq, gümrah, məğrur, əzmkar və xoş əhvali-ruhiyyədə görürəm. Onlar hərbi xidməti tarixi torpaqlarımızda, qədim yurd yerlərimizdə yerləşən hərbi hissələrdə keçdikləri üçün qürur duyur və bunu həyatlarının ən şərəfli mərhələsi kimi dəyərləndirirlər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ