“Horadiz – Ağbənd dəmir yolunun 2023-cü ilin birinci rübündə istifadəyə verilməsi gözlənilir”.
Oxu.Az-ın məlumatına görə bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
O bildirib ki, işlərin 2022-ci ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır:
“40 kilometr torpaq yatağı hazırdır. Yaxın vaxtlarda yolun üst qatını düzməyə başlayacağıq. Tunel və körpü işləri gedir. Yol 11 kilometr uzanıb. Minaların təmizlənməsi işləri də gedir. Bu ilin sonuna qədər yəqin ki, 50 kilometrdə işlər yekunlaşacaq”.