Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aptek və mağazalardan oğurluq edən keçmiş məhkum saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon ərazisindəki iki aptek və iki mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Kərimov olduğu müəyyən edilib.
