Göygöldə piyadanın ölümü ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən orta yaşlı qadını vurub. Qadın hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
