“Farmakoloqlar, mütəxəssislər araşdırmalar aparır, sintetik və yarımsintetik antibiotiklər hazırlayaraq istifadəyə verir. Lakin 3-4 ildən sonra bu antibiotiklərə ciddi rezistentlik var”.
Oxu.Az xəbər verir ki, bu fikirləri TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva “Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsi”nə həsr olunmuş konfransda çıxışı zamanı deyib.
O bildirib ki, hər dəfə yeni və güclü antibiotikin istifadəyə verilməsi bu problemi həll etməyəcək:
“Biz təkhüceyrəli canlılarla mübarizə aparırıq. Lakin bu heç də asan proses deyil. Antibiotiklərin həkim nəzarəti olmadan, özbaşına istifadəsi yolverilməzdir. Bunu xüsusilə vurğulamaq lazımdır. Eyni zamanda bir müddətdən sonra bəzi antibiotiklərə qarşı rezidentlik yaranır ki, bu da müalicənin gedişatına təsir göstərir”.
