“Nə qədər ki, sülh sazişi imzalanmayıb, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayıb, sərhədlərin delimitasiya və demarkasiyasına başlanılmayıb, Ermənistanın bir dövlət, erməni xalqının da bir xalq kimi vəziyyəti daha da çətinləşəcək. İllərdir Azərbaycan Prezidenti xəbərdarlıq edirdi ki, Yerevan işğalçılıq siyasətindən əl çəkməsə, erməni xalqı öz dövlətçiliyini itirə bilər. Hazırda biz bu prosesin canlı şahidiyik”.
Bu sözləri Oxu.az-a Ermənistanla sərhəddə baş vermiş son hərbi toqquşmanı şərh edərkən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.
E.Allahverdiyevin sözlərinə görə, Ermənistandakı hökumətin mövcud vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla tam sülhə nail olmasından keçir:
