Şəki şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə şəhərin B.Vahabzadə küçəsində qeydə alınıb.
Şəki şəhər sakini Məmmədli Sərxan idarə etdiyi VAZ-2107 markalı avtomobillə Hüseyn Hüseynovun idarə etdiyi “Land Cruiser” markalı avtomobili arxa hissəsindən vuraraq yol-nəqliyyat hadisəsi törədib.
Nəticədə VAZ-2107-nin sürücüsü S.Məmmədli və nəqliyyat vasitəsində olan iki qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
