Sizin reklam burada
Sizin reklam burada

Lənkəranda avtomobil təmiri sexi və nəqliyyat vasitələri yanıb - FOTO

Lənkəranda avtomobil təmiri sexi və nəqliyyat vasitələri yanıb - FOTO



Lənkəranda yanğın hadisəsi olub.

“Report” xəbər verir ki, yanğın hadisəsi rayonun Gərmətük qəsəbəsi ərazisində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Təranə Əziz qızı Cəfərovaya məxsus ümumi sahəsi 350 kv.m olan təmir sexi alışıb. Yanğın nəticəsində sexdə təmirə dayanan “VAZ-2106” və “Mercedes” markalı iki avtomobilin yanar konstruksiyaları yanıb. Əraziyə üç yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub. Sexin 70 kv.m əşyalarla birlikdə yanıb, qalan sahə yanğından mühafizə olunub.

Yanğının səbəbi aparılacaq ekspertizanın nəticəsində aydınlaşacaq.

Fakt üzrə araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ