Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.
Agentlikdən verilən məlumata görə, noyabrın 1-dən 6-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 173 piyada əleyhinə mina, 143 tank əleyhinə mina və 93 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
