arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Haaqada Nizami Gəncəvinin yubileyinə həsr olunmuş tədbir keçirilib

Haaqada Nizami Gəncəvinin yubileyinə həsr olunmuş tədbir keçirilib
Haaqada Nizami Gəncəvinin yubileyinə həsr olunmuş tədbir keçirilib
Haaqada Nizami Gəncəvinin yubileyinə həsr olunmuş tədbir keçirilib

Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşəbbüsü ilə Haaqa şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Azərbaycanın Niderlanddakı səfirliyində baş tutan tədbirdə diplomatik korpusumuzun əməkdaşları, Azərbaycan və digər icmaların nümayəndələri, yerli iş adamları iştirak ediblər. Tədbirdə ölkəmizin Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov və BAK sədri Elsevər Məmmədov çıxış ediblər. Onlar qüdrətli söz ustadının həyat və yaradıcılığından, Azərbaycan və dünya ədəbiyyatına bəxş etdiyi misilsiz irsdən danışıblar.

Gecənin ədəbi-bədii hissəsində şairin ölməz poeziyasından şeirlər səslənib, sözlərinə bəstələnmiş əsərlər ifa edilib, kamança ustası İlham Babayevin ifasında muğam parçaları təqdim olunub.

Qeyd edək ki, tədbirin bədii hissəsinin ərsəyə gəlməsində BAK sədr müavini Sima Cəfərlinin və Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin sədri Frəngiz Bağırovanın böyük əməyi olub.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ