Sizin reklam burada
Sizin reklam burada

Polkovnik düşmənin Horadiz istiqamətində əks-hücum cəhdinin necə alındığını açıqlayıb

Polkovnik düşmənin Horadiz istiqamətində əks-hücum cəhdinin necə alındığını açıqlayıb



“Bütün döyüşlərə rəhbərliyi Ali Baş Komandan İlham Əliyev edirdi. Düşmən oktyabrın 7-8-də Horadiz istiqamətində əks-hücuma keçmişdi. Amma bizim hərbçilərimizin şücaəti sahəsində onlar ağır itkilər verdi və geri çəkildilər”.

“Report”un xəbərinə görə, bunu Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Elşad Əbilov Bakı Konqres Mərkəzində “Nəsillərin görüşü” adlı konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının ordusuna göstərdiyi diqqət unudulmazdır:

“Döyüşdə general, əsgər, zabit söhbəti yox idi. Hamı döyüşçü idi. Amma erməni ordusunda zabitlər əsgərlərini atıb qaçırdılar. Ermənistan ordusunda minlərlə fərari var idi. İndi onlara qarşı cinayət işləri açılıb. Amma Azərbaycan Ordusu hər gün irəli gedirdi, hər bir vətəndaş ordu sıralarına qoşulmaq istəyirdi”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ