Sizin reklam burada
Sizin reklam burada

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın mərkəzi küçələrində sıxlıq var

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın mərkəzi küçələrində sıxlıq var


Paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.


Bildirilib ki, paytaxtın Ağa Nemətulla küçəsi - Əsas yol və Köməkçi yolda (Heydər Əliyev prospekti ilə kəsişmə istiqamətindən başlayaraq Təbriz küçəsi ilə kəsişməyə qədər, eyni zamanda Nəriman Nərimanov metro stansiyasına doğru), 28 May küçəsində (Azadlıq prospekti ilə kəsişmədən başlayaraq Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər), Ziya Bünyadov prospekti - Əsas yol (Əsasən, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq 20 Yanvar dairəsi istiqamətində), Akademik Həsən Əliyev küçəsi - (1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Mərdanov qardaşları küçəsi ilə kəsişmədən Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər, Azadlıq prospekti ilə kəsişmə istiqamətində), Üzeyir Hacıbəyli küçəsi - (Cavanşir körpüsünün üzərindən Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində), Afiyəddin Cəlilov küçəsi - (Fəzayıl Bayramov küçəsi ilə kəsişmədən Cavanşir körpüsünün üzəri istiqamətində) istiqamətində sıxlıq müşahidə edilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ