27 sentyabr - Anım Günü münasibətilə müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Kərəm Vəliyev İkinci Şəhidlər xiyabanına gəliblər.
Oxu.Az xəbər verir ki, generallar Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların xatirəsini yad etmək məqsədilə xiyabanda keçirilən anım mərasimində iştirak edirlər.
