Sizin reklam burada
Sizin reklam burada

Bakıda kişi qayınata və qayınanasını bıçaqladı

Bakıda kişi qayınata və qayınanasını bıçaqladı



Bakının Sabunçu rayonunda ər və arvad bıçaqlanaraq ağır xəsarətlər alıblar.

Hadisə Nardaran qəsəbəsində baş verib.

1949-cu il təvəllüdlü Əliyev Müzəffər Gülhüseyn oğlu və onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Əliyeva Kəklik Ağasalah qızı kürəkənləri tərəfindən əvvəlcə döyülüblər. Daha sonra kürəkən qayınanasına 6, qayınatasına isə üç bıçaq xəsarəti yetirib. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Mənbə: APA

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ