Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Milli Musiqi Günü münasibəti ilə Şuşada reallaşdırdığı layihə bu axşam AZTV və İctimai TV-də yayımlanacaq.
Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan Dövlət Xor Kapellasının müşayiəti və tanınmış incəsənət ustalarının ifaları ilə Şuşanın tarixi, mədəni məkanlarında lentə alınan konsert proqramında dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri yer alıb.
Layihənin çəkilişləri Bakı Media Mərkəzi tərəfindən həyata keçirilib.