Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) kadr dəyişikliyi olub.
Oxu.Az xəbər verir ki, Şahin Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə rəis təyin edilib.
Ondan öncə bu vəzifəni icra edən Faiq Fərmanov isə vəzifəsindən azad edilib.Məlumatı Oxu.Az-a Nazirliyin mətbuat xidmətindən təsdiq ediblər.
