Sizin reklam burada
Sizin reklam burada

Bakıda gənc oğlan metroda özünü qatarın altına atdı

Bakıda gənc oğlan metroda özünü qatarın altına atdı



Metronun “Koroğlu” stansiyasında gənc oğlan özünü qatarın altına atıb.

Oxu.Az-ın məlumatına görə, hadisə ötən gün gecə saatlarında baş verib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumatı Oxu.Az-a təsdiqləyib.

O bildirib ki, ötən gün sözü gedən stansiyada gənc oğlan qatar yoluna düşüb:

“Dərhal metropolitenin təlimat qaydasına uyğun olaraq yüksək gərginliyin verilməsi dayandırılıb. Daha sonra sərnişin oradan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş