Sizin reklam burada
Sizin reklam burada

Avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO

Avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO


Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, idarə etdiyi VAZ-2106 markalı avtomaşınla xuliqanlıq edərək rayon ərazisində ictimai qaydanı nümayişkaranə şəkildə pozan Hüseyn Məhərrəmov yaxalanıb.

Həmin şəxs saxlanıldıqdan sonra Rayon Polis Şöbəsinə gətirilib, idarə etdiyi avtomobil müvəqqəti duracağa yerləşdirilib.

H. Məhərrəmovun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə H.Məhərrəmov 20 gün müddətinə inzibati qaydada həbs edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ