Sizin reklam burada
Sizin reklam burada

Küləkli hava şəraiti nə vaxtdan sabitləşəcək? - PROQNOZ

Küləkli hava şəraiti nə vaxtdan sabitləşəcək? - PROQNOZ



Ölkə ərazisində müşahidə olunan yağıntılı, küləkli hava şəraiti sentyabrın 9-dan sabitləşəcəyi, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gündüz havanın arabir tutulacağı, Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-19, gündüz 24-26, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə olacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ