Sizin reklam burada
Sizin reklam burada

Abşeronda sərnişin avtobusundan yıxılan qadın ağır xəsarət alıb

Abşeronda sərnişin avtobusundan yıxılan qadın ağır xəsarət alıb



Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

135 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu dayancaqda olarkən, sərnişin 1977-ci il təvəllüdlü İsayeva Vüsalə Zöhrab qızı avtobusundan düşərkən ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona beyin qansızması diaqnozu qoyulub.

Qeyd edək ki, zərərçəkmişin qızı L.İsayeva hasidəylə bağlı məlumatı "Report"a təsdiqləyib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ