Yevlax rayonunda yol-nəqliyyat hadisəsi olub.
“Report” xəbər verir ki, Bakı - Qazax magistral yolunun Yevlax rayonundan keçən hissəsində iki minik avtomobili toqquşub.
Hadisə nəticəsində Bərdə rayon sakini, 1996-cı il təvəllüdlü Emin Xanlar oğlu Qasımlı xəsarət alıb. O, xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
