Karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandalarımız 20-22 avqust tarixlərində Finlandiyanın Tampere şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.
Oxu.Az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi milli komandanın heyətində 14-15 yaşlı 10 idmançı, 16-17 yaşlı 8 və 18-21 yaşlı 10 karateçi yer alıb.Qitə çempionatına kumite üzrə yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilərdən Seymur Xudaverdiyev, Nağı Mehdiyev, Şahin Atamov və Niyazi Əliyev yollanacaq.
Beynəlxalq hakimlər – Cahangir Babayev, Şahin Xudaverdiyev, Vüqar Kərimov və Mais Mədətov yarışın hakimləri arasında olacaq. Hakimlərdən dərəcəsini artırmaq üçün M.Mədətov, beynəlxalq kateqoriya almaq üçünsə Vüsal İsrafilov və Seymur Məmmədov Avropa Karate Federasiyasının (EKF) Hakimlər komitəsinə imtahan verəcəklər.
Qeyd edək ki, yeniyetmə və gənclərin 48-ci, 21 yaşadək gənclərin isə XIII Avropa çempionatında 45 ölkədən 1008 idmançı mübarizə aparacaq.
