Sizin reklam burada
Sizin reklam burada

Ötən gün COVID-19 pasportu olmadığına görə toya buraxılmayanların sayı AÇIQLANDI

Ötən gün COVID-19 pasportu olmadığına görə toya buraxılmayanların sayı AÇIQLANDI


Avqustun 11-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 65 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, monitorinq 61 şadlıq sarayında, dörd şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;

- 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 619 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

  • Sosial şəbəkədə paylaş