arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

İşəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edildi

İşəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edildi
İşəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edildi

Dövlət Məşğulluq Agentliyində bu dəfə 2 saylı Ərazi Məşğulluq Mərkəzi üzrə əlaqələndirmə komitələrinin sədrləri ilə görüş keçirilib.

Görüşdə Xəzər və Pirallahı rayonları üzrə İcra Hakimiyyəti başçılarının müavinləri iştirak edib. Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, ərazi məşğulluq proqramlarının icra olunmasında əlaqələndirmə komitələrinin rolu və məşğulluq səviyyəsinin yüksəldilməsi istiqamətində işəgötürənlərlə sıx əməkdaşlıq münasibətlərinin qurulmasının əhəmiyyəti qeyd edilib. Eyni zamanda, 2 saylı Ərazi Məşğulluq Mərkəzi üzrə dövlət və özəl sektorda işəgötürənlərin “Məşğulluq marafonu”na qoşulması istiqamətində aktiv iştirak edilməsi, yeni iş yerlərinin açılması istiqamətində atılan addımlar müzakirə edilib.

Yerli Əlaqələndirmə Komitələri tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsinin əsas prioritet kimi qəbul edilməsi və həmin vətəndaşların işlə təmin olunmasında işəgötürənlərin fəallığının gücləndirilməsinin önəmi vurğulanıb.

Görüşdə, həmçinin, işsiz və işaxtaranların məşğulluq imkanlarının artırılmasında mühüm rol oynayan ictimai işlər proqramı üzrə yeni istiqamətlərin yaradılması məsələsi də müzakirə edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ