Sizin reklam burada
Sizin reklam burada

Erməni terrorçuları Şuşa ətrafındakı mövqelərimizi atəşə tutub - RƏSMİ

Erməni terrorçuları Şuşa ətrafındakı mövqelərimizi atəşə tutub - RƏSMİ



Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ