Sizin reklam burada
Sizin reklam burada

“AzerGold” büdcədən asılılığı azaldacaq: “55,5 milyon manat vergi və rüsum ödənilib” - FOTO

“AzerGold” büdcədən asılılığı azaldacaq: “55,5 milyon manat vergi və rüsum ödənilib” - FOTO

“Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, ötən il ümumi daxili məhsul istehsalında dağ-mədən sektorunun payı artıb”.

Oxu.Az-ın məlumatına görə, bu sözləri “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov mətbuata açıqlamasında deyib.

O bildirib ki, “AzerGold” 5 il ərzində 248 min unsiya qızıl və 446 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına 639 milyon manatdan çox vəsait cəlb edib və bu müddətdə əlvan metal layihələrinin icrası məqsədilə dövlət büdcəsindən şirkətə 47 milyon manat, yəni ümumi satış dövriyyəsinin cəmi 7,3 faizi həcmində vəsait ayrılıb.

Z.İbrahimovun sözlərinə görə, beş il ərzində dövlət büdcəsinə 55,5 milyon manatdan artıq məbləğdə vergi və rüsumlar ödənilib:

“Bütün bu uğurlara Daşkəsən rayonunda yerləşən təkcə “Çovdar” mədənində həyata keçirilən hasilat fəaliyyəti nəticəsində nail olunub. Hazırda Cəmiyyət “Ağyoxuş” və “Mərəh” də daxil olmaqla “Çovdar” əlvan metal filizi yataqları qrupu, “Köhnəmədən” sahəsi, Naxçıvan Muxtar Respublikasındakı qızıl və mis yataqları (“Göydağ” sahəsi) və “Daşkəsən” dəmir filizi yataqları qrupu üzrə kəşfiyyat işlərini davam etdirir”.

  • Sosial şəbəkədə paylaş