21-22 iyun tarixlərində FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı “Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması" layihəsi çərçivəsində kənd təsərrüfatı ilə məşğul olan qadınlarla görüşlər keçirilib. Görüşlər qeyd olunan tarixlərdə Gədəbəy, Ağstafa və Tovuz rayonlarında baş tutub.
Görüşlərdə qadın fermerlər layihə çərçivəsində göstərilən dəstəkdən necə yararlandıqlarını vurğulayıblar. Daha sonra fermerlərin təklifləri dinlənilərək layihənin növbəti mərhələlərində göstəriləcək dəstəklər müzakirə olunub.
21 iyun Gədəbəy rayonunda keçirilən tədbirdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, AKİA-nın sədr müavini Leyla Məmmədova, AKİA Beynəlxalq təşkilatlar və maliyyə qurumları ilə əməkdaşlıq sektorunun müdiri Teymur Nağıbəyli, FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının rəhbəri Namiq Məmmədov və layihə rəhbəri Flora Poladova iştirak edib. Görüşdə layihənin bölgədə fəaliyyətinin genişləndirilməsi və rayon ərazisində kənd təsərrüfatının inkişaf etdirilməsinə dair atılacaq addımlar müzakirə olunub.
Qeyd edək ki, layihə Azərbaycanın 12 rayonunda (Qazax, Ağstafa, Tovuz, Ağdam, Tərtər, Gədəbəy, Şamaxı, İsmayıllı, Şəki, Qax, Zaqatala, Balakən) həyata keçirilir və hazırda 250-yə yaxın qadın fermer bu layihədən yararlanır. Layihənin əsas məqsədi kənd qadınlarına innovativ texnologiyalar və bazara çıxış sahələrində texniki bilik və bacarıqlarını artırmaqda dəstək vermək, eyni zamanda iqtisadi imkanlara bərabər çıxışı əldə etmək, həmçinin kiçik təsərrüfat sahələrini inkişaf etdirərək ərzaq təhlükəsizliyini yaxşılaşdırmaqdır.
FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilən layihə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə birgə icra olunur.
A series of meetings with women farmers held
On 21-22 June, a series of meetings with women engaged in agriculture was held within the framework of the FAOAzerbaijan Partnership Programme, "Rural Women´s Economic Empowerment” project. Meetings were conducted in Gadabay, Agstafa and Tovuz regions.
The purpose of the meetings was to find out how women farmers can be benefited from the support provided with the project and to listen to their suggestions in order to determine a support that can be provided in future.
On 21 June, at the meeting held in Gadabay district, the event was attended by Ibrahim Mustafayev, Head of Gadabay District Executive Power, Leyla Mammadova, AKIA Deputy Chairman, Teymur Nagibeyli, AKİA Head of Sector for Cooperation with International Organizations and Financial Institutions, Namig Mammadov, Head of FAO-Azerbaijan Partnership Program and Flora Poladova, Project Manager. The participants discussed the measures to be taken to expand the project's activities in the region as well as to develop agriculture in the region.
It should be noted that the WEP project is being implemented in 12 regions of Azerbaijan (Gazakh, Agstafa, Tovuz, Agdam, Tartar, Gadabay, Shamakhi, Ismayilli, Sheki, Gakh, Zagatala, Balakan) and currently about 250 women benefit from this project. The main goal of the project is to support rural women to increase their knowledge and skills in innovative technologies and market access, to get equal access to economic opportunities, as well as to improve food security by developing small farms.
The project implementing under the FAO-Azerbaijan Partnership Programme and is being carried out by the Food and Agriculture Organization (FAO) of the United Nations and the Agrarian Credit and Development Agency (AKIA) under the Ministry of Agriculture.