Sizin reklam burada
Sizin reklam burada

Rusiyalı deputat Ermənistandakı seçkilərin nəticəsi barədə: “Paşinyanın partiyası artıq sınaqdan keçirilib”

Rusiyalı deputat Ermənistandakı seçkilərin nəticəsi barədə: “Paşinyanın partiyası artıq sınaqdan keçirilib”


Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyasının erkən parlament seçkilərində qələbə qazanması İrəvan-Moskva münasibətlərində minimal dəyişikliklərə səbəb olacaq.

Bunu Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov “İnterfaks”a müsahibəsində bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya o ölkədəki seçkilərin nəticələrini tanıyacaq.

“Paşinyan partiyasının parlament seçkilərindəki qələbəsi Ermənistanla münasibətlərimizə ən az təsir edəcək, çünki bu münasibətlər artıq sınaqdan keçib və Qarabağda nizamlanmaya dair üçtərəfli razılaşmada möhkəmlənib”, - deyə Kalaşnikov vurğulayıb.

Kalaşnikov bildirib ki, Koçaryanın bloku parlamentdə çoxluq qazansaydı, köhnə yeni ortağımız olmasına baxmayaraq əlavə təlatüm yaradardı:

“Hamı bunu başa düşürdü, buna görə düşünürəm ki, böyük ehtimalla, Moskva bu seçkiləri tanıyacaq”.

“Eyni zamanda, keçirilmiş seçkilərin nəticələrindən sonra, Ermənistan daxilində cəmiyyətdə uzun müddət mövcud olan parçalanma davam edəcək”, - deyə o vurğulayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ