Sizin reklam burada
Sizin reklam burada

Göyçay sakininin həyətində çətənə kolları aşkarlandı - FOTO

Göyçay sakininin həyətində çətənə kolları aşkarlandı - FOTO


Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Çərəcə kənd sakini Rahib Əliyev saxlanılıb.

Ona məxsus yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 58 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Göyçay RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ