Hazırda Azərbaycanda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhəri barədə paylaşım edib.
“Azadlığına qovuşan Qarabağ, azadlığına qovuşan qədim şəhər Şuşa”, - qardaş ölkənin dövlət başçısı bu sözləri özünün “Twitter” səhifəsində yazıb.
Xatırladaq ki, bu gün Türkiyə və Azərbaycan prezidentləri tərəfindən Şuşa bəyannaməsi imzalanıb.