Sizin reklam burada
Sizin reklam burada

Ağstafada 17 yaşlı gənc bıçaqlanıb

Ağstafada 17 yaşlı gənc bıçaqlanıb

Ağstafada bıçaqlanma hadisəsi olub.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Muğanlı kəndində baş verib.

Kənd sakini 2004-cü il təvəllüdlü O.Zeynallı həmkəndlisi 2004-cü il təvəllüdlü R.Bayramlıya üç bıçaq zərbəsi vurub.

İlkin məlumata görə, hadisəyə səbəb aralarından yaranan mübahisə olub.

Qeyd edək ki, kənd sakinlərinin hər ikisi Muğanlı kənd orta məktəbin məzunlarıdır.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ