Sizin reklam burada
Sizin reklam burada

İsmayıllı məktəblərində məzunlar üçün “Son zəng” çalınıb

İsmayıllı rayonunda fəaliyyət göstərən 44 ümumtəhsil orta məktəblərində “Son zəng” tədbiri keçirilib.

11 il təhsil aldığı doğma məktəblə vidalaşan məzunlar hər kəsdə kövrək hislər yaradan “Son zəng”-i unudulmaz bir gün kimi xatırlanacaq formada qeyd etmək üçün rəngarəng tədbirlər keçiriblər.

Rayonun rəhbəri bu tədbirlə əlaqədar şəhər bir saylı tam orta məktəbdə olub. Bu gündən etibarən siz məktəbdə oxuyan şagird deyil, gələcəyin əsgəri, polisi, həkimi, hüquqşünası və digər sahələrində ölkəmizə xeyir verən mütəxəssisləri olacağını bildirən RİH başçısı XI sinifləri məzun olmaqları münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.

Nazirlər Kabineti yanında operatıv qərargahın tapşırığına uyğun olaraq açıq havada valideynlərin qatılmadığı “Son zəng”də onlar bir-birindən maraqlı şeirlər, mahnılar oxuyub, xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində İsmayıllı rayonu üzrə ümumtəhsil məktəblərində 707 şagird tam orta təhsil üzrə XI sinfi başa vurub.

  • Sosial şəbəkədə paylaş