Mingəçevir ŞPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Hüseynov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana və 2 ədəd avtomat patronu aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun şəhər ərazisində gizlətdiyi “AKM” markalı avtomat silahı, 28 ədəd avtomat patronu və 1 ədəd patron darağı da götürülmüşdür.