G7 ölkələrinin sammitində koronavirus pandemiyası ilə mübarizə üzrə hərtərəfli plan qəbul ediləcək.
bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan danışıb.
“G7 ölkələri bu barədə birgə bəyanat verəcək. Burada söhbət yalnız vaksinlərdən getməyəcək”, - deyə o bildirib.
Onun sözlərinə görə, sözügedən plan pandemiyaya mümkün qədər tez müddətdə son qoyulmasıdır.