Sizin reklam burada
Sizin reklam burada

Sumqayıtda arvadını axtaran kişi qayınatasını çəkiclə döydü, qayınanasına xəsarət yetirdi

Sumqayıtda arvadını axtaran kişi qayınatasını çəkiclə döydü, qayınanasına xəsarət yetirdi



Sumqayıt sakini qayınatasını çəkiclə döyərək ölümcül hala salıb.

“Report” xəbər verir ki, hadisə şəhərin 30-cu məhəllə adlanan ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Namiq Ələkbər oğlu Ələkbərov həyat yoldaşı Türkan Eldar qızı Ələkbərovanı mütəmadi olaraq işgəncələrə məruz qoyaraq döyüb. Eyni zamanda T.Ələkbərova davamlı ölümlə təhdid edildiyi üçün evdən qaçıb. Daha sonra N.Ələkbərov həyat yoldaşının atasının evində olduğunu zənn edib. O, qayınatası, 1960-cı il təvəllüdlü Eldar Yusif oğlu Bağırovun yaşadığı ünvana gələrək, elektrik enerjisini sayğacdan ayırıb və dostu ilə birlikdə kişinin mənzildən çıxmasını gözləyib.

E.Bağırov işıqların söndüyünü görüb mənzildən çıxaraq binanın birinci mərtəbəsində yerləşən sayğacda elektrik xətlərini bağlayıb. O, yaşadığı mənzilə qayıdarkən kürəkəni və onun dostu ilə rastlaşıb. Bu zaman N.Ələkbərov qəfildən E.Bağırovun baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr endirib. E.Bağırov aldığı zərbələrdən müavizinətini itirərək yerə yıxılıb.

Daha sonra N.Ələkbərov onların yaşadığı mənzilə daxil olub, qayınanası Arifə Bağırovaya xəsarət yetirərək otaqları axtarıb. Həyat yoldaşının orada olmadığını görən Namiq hadisə yerindən qaçıb. Ağır bədən xəsarətləri alan E.Bağırov xəstəxanaya yerləşdirilib.

N.Ələkbərov polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa cəlb edilib.

N.Ələkbərovun polis nəzarəti altına verilməklə evə buraxıldığı və narkotik aludəçisi olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, E.Bağırov uzun illərdi təhsil sahəsində çalışır. Hazırda Sumqayıt şəhəri 18 saylı məktəbdə riyaziyyat müəllimi işləyir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ