Sizin reklam burada
Sizin reklam burada

Sənədsiz evlərin qeydiyyata alınması mümkün olacaq - RƏSMİ

Sənədsiz evlərin qeydiyyata alınması mümkün olacaq - RƏSMİ



“Bakı şəhərində və digər ərazilərdə ənənəvi elektrik xətlərinin özüdaşıyan izolyasiyalı naqillərlə əvəz edilməsi sənədsiz evlərin qeydiyyatına imkan verəcək”.

Bu barədə Oxu.Az-a açıqlamasında “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə məlumat verib.

Onun sözlərinə görə, “Azərişıq”ın paylayıcı şəbəkələr üzrə qurduğu “Ağıllı Şəbəkə Konsepsiyası”nda ərazinin tam infrastrukturunun öyrənilməsi üçün 3D xəritəçilik sistemi, innovativ kabel xətlərinin tətbiqi və izolyasiyalı mühafizəli kabel xətlərinin tətbiqi nəzərdə tutulur:

“İzolyasiyalı kabel xətlərinin tətbiqi “Ağıllı Şəbəkə Konsepsiyası”nın təməl elementidir. Hansı ki, bu xətlər yalnız bir kabel və bir dayaqdan ibarətdir. Belə olduğu halda onun etibarlılığı daha yüksəkdir. Mühafizə zolağı ənənəvi elektrik xətlərinə nəzərən izolyasiyalı kabel xətlərində dəfələrlə az - cəmi iki metrdir. Bu isə yalnız dayağın özünün mühafizə zolağı var. Bununla da mühafizə zolağını biz faydalı torpaq sahələri kimi istifadə edə biləcəyik”.

Qurumun rəsmini əlavə edib ki, ikinci məsələ isə elektrik veriliş xətlərinə yaxın ərazidə tikilən və sənədləşməsində problem olan tikililərlə bağlıdır. Araz Məmmədzadə bildirib ki, mühafizə zolağı az olan izolyasiyalı xətlərin Bakı şəhəri və digər yaşayış ərazilərində çəkilməsi ilə sənədləşmə prosesinə töhfə verilə bilər:

“Biz bununla da yüksək gərginlik xətlərinin mühafizə zonasında yerləşən sənədsiz evlərin qeydiyyatı və sənədləşdirilməsi, təhlükə ehtimalının aradan qaldırılması səbəbindən mümkün olacaq”.

O qeyd edib ki, izolyasiyalı kabel xətlərinin tətbiqinə dair Xırdalan, Qobu xəttində pilot layihə olaraq bir ilə yaxın müddətdə təcrübələr aparılıb və ilkin olaraq isə Şuşa şəhərində tətbiq edilib:

“Artıq Bakı və digər ərazilərdə də özüdaşıyan izolyasiyalı yüksək gərginlikli naqilləri kabel sisteminə keçirmək üçün təkliflər hazırlanıb”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ