Lənkəranda yaşayış evi və sexdən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Məlumata görə, Lənkəran şəhər sakini T.Pronkinaya məxsus yaşayış evindən ümumi dəyəri 7 437 manat olan məişət əşyalarının oğurlandığı barədə polisə müraciət daxil olub.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs - əvvəllər məhkum olunmuş Vüqar Rəcəbov müəyyən edilərək saxlanılıb.
Oğurlanan əşyaların bir qismi onun saxladığı yerlərdə aşkarlanaraq maddi sübut kimi götürülüb.
Ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə V.Rəcəbovun Lənkəran şəhəri ərazisindəki bir sexə gecə saatlarında qanunsuz olaraq daxil olmaqla oradan 320 manat dəyərində elektrik naqilləri və su borularını oğurlamasına da əsaslı şübhələr müəyyən olunub.
Xaçmaz rayonunda da evdən oğurluq hadisəsi olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də rayon ərazisindəki evlərin birindən 25 000 manat, 300 ABŞ dolları, 70 000 manat dəyərində qızıl-zinət əşyaları, 1000 manat dəyərində saat və mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Z.Beydullayev və M.Məmmədova saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.