Bakıda orta yaşlı kişi özünə bıçaqla xəsarət yetirib.
“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Əjdərov Fərid Nadir oğlu özünə bıçaqla xəsarət yetirib.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qarın boşluğunda iki ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub.
Hadisənin təfərrüatı araşdırılır.