Sizin reklam burada
Sizin reklam burada

Baş infeksionist: “Qaydalara əməl etdikcə karantin rejimində daha çox yumşalmalar olacaq”

Baş infeksionist: “Qaydalara əməl etdikcə karantin rejimində daha çox yumşalmalar olacaq”


“Azərbaycanda hazırda koronavirusa yoluxma ilə bağlı vəziyyət ötən ilin müvafiq dövrü ilə müqayisədə fərqlidir”.

Oxu.Az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, bir il əvvəl may ayında ölkəmizdə xəstəliyə yoluxanların sayında artımlar müşahidə edilirdi:

“Eyni zamanda, bu dövrdə insanların xəstəliklə bağlı fikirləri, baxışları da dəyişib, maarifləndirmə öz nəticəsini verib. Artıq qış aylarından bəri insanların qızıl qaydalara ciddi əməl etdiyini müşahidə edirik.

Ötən il əhalinin bu virusa qarşı həssaslığı 100 faiz idisə, bu gün rəqəm aşağı düşüb. Bu, yoluxub sağalanların və vaksinasiya olunan insanların sayının artımı ilə bağlıdır. Biz qaydalara əməl etdikcə və vaksinasiya olunduqca, karantin rejimində daha çox yumşalmalar olacaq”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ