Türkiyədə son 24 saat ərzində 224 150 nəfərin COVID-19 testi yoxlanıb.
“Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 7181 nəfər təşkil edib.
112 nəfər isə koronavirus səbəbindən vəfat edib.
Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 5 131 453 nəfərə çatdığı bildirilib. Onlardan 7372 nəfəri son sutka ərzində sağalanlardır.
Hazırda ölkə xəstəxanalarında 1213 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.