Sizin reklam burada
Sizin reklam burada

Koronavirusun ştammları yunan əlifbası ilə adlandırılacaq

Koronavirusun ştammları yunan əlifbası ilə adlandırılacaq



Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrin koronavirusla “damğalanmasının” qarşısını almaq üçün COVID variantlarını yunan əlifbasının hərfləri ilə dəyişməyi planlaşdırdığını açıqlayıb.

“Haber Global” məlumat verir ki, ÜST-nin yeni planına görə, aşkar edilən ilk variant “Britaniya ştammı” (B.1.1.7) Yunan əlifbasının ilk hərfi olan “Alfa”, “Cənubi Afrika” ştammı (B.1.351) “Beta”, “Braziliya ştammı” (S.1) “Gamma” və “Hindistan ştammı” “Delta” ilə adlandırılacaq.

Eyni zamanda, “Hindistan ştammı” “B.1.617”nin özünü də iki qola ayırıblar. Bunlardan biri “Kappa” (B.1.617.1), o biri “Delta”dır (B.167.2).

Qeyd edilir ki, dəyişiklik həm də ictimai müzakirələrə kömək məqsədi daşıyır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ